23 oktyabr 2024. Çərşənbə

"Bavariya"nı "Arsenal"a dəyişə bilər


  • Transfer
  • 15:11 30.07.2024
  • Oxunma sayı: 97
"Bavariya"nı "Arsenal"a dəyişə bilər

 "Bavariya"nın və Almaniya millisinin yarımmüdafiəçisi Leroy Sane karyerasını "Arsenal"da davam etdirə bilər.

90deqiqe.Az-ın “Sky Sports Germany”ə istinadən məlumatına görə, “topçular” 28 yaşlı futbolçunu transfer etmək niyyətindədir. London klubu alman futbolçu ilə danışıqlara başlasa da, futbolçunun özü hələ klubunu dəyişməyə həvəsli olmadığı və karyerasını "Bavariya"da davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Almaniya millisinin futbolçusunun transfer dəyəri mütəxəssislər tərəfindən 70 milyon avro dəyərində qiymətləndirilib. Sane "Mançester Siti"nin heyətində Premyer Liqada oynamağı bacarıb. Xatırladaq ki, ötən mövsüm Leroy Sane Almaniya çempionatında "Bavariya"nın heyətində 27 oyun keçirib, bu oyunda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.







Transfer