Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi “Lill”dən Rafael Lealonu transfer edib. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Fransa mətbuatı “Milan”ın bu transfer üçün qarşı tərəfə 35 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, portuqaliyalı futbolçu ötən mövsüm Fransa Liqasında 24 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.