23 oktyabr 2024. Çərşənbə

Sofian Amrabat üçün La Liqa variantı


  • Transfer
  • 16:58 30.07.2024
  • Oxunma sayı: 74
 Sofian Amrabat üçün La Liqa variantı

Ötən mövsüm icarə əsasında “Mançester Yunayted”də çıxış edən “Fiorentina”nın mərakeşli yarımmüdafiəçisi Sofian Amrabat karyerasını İspaniya çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın “Relevo”ya istinadən məlumatına görə, 27 yaşlı futbolçunun xidmətində "Atletiko Madrid" maraqlıdır.

“Döşək ustaları” Mərakeş millisinin üzvü üçün hələlik "bənövşəyilər"ə rəsmi təklif göndərməyib.

Amrabatın transfer dəyəri 22 milyon avro dəyərində qiymətləndirilir.

Xatırladaq ki, ötən mövsüm Sofyan Amrabat “Mançester Yunayted”lə İngiltərə çempionatında 21 oyun keçirib və 6 sarı vərəqə alıb.







Transfer