23 oktyabr 2024. Çərşənbə

"Fulhem" onun transferi üçün "Arsenal"la razılığa gəldi


  • Transfer
  • 20:28 30.07.2024
  • Oxunma sayı: 89
"Fulhem" onun transferi üçün "Arsenal"la razılığa gəldi

"Arsenal"ın yarımmüdafiəçisi Emil Smit Rou karyerasını “Fulhem”də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O tərəflərin son vaxtlar "topçular"ın düşərgəsində əsas oyunçu olmayan 23 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı artıq razılığa gəldiklərini, futbolçunun transfer məbləğinin 40 milyon avro olacağı və onunla 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanacağını qeyd edib.

Ötən mövsüm Smit Rou Premyer Liqada "Arsenal"ın heyətində cəmi 19 oyunda iştirak edib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer