23 oktyabr 2024. Çərşənbə

"Yuventus"dan "Roma"ya - RƏSMİ


  • Transfer
  • 21:24 30.07.2024
  • Oxunma sayı: 93
"Yuventus"dan "Roma"ya  - RƏSMİ

"Yuventus"un hücumçusu Matias Soule karyerasını başqa İtaliya komandasında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, "Roma" klubu 21 yaşlı futbolçu ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Futbolçu yeni  klubunda 18 nömrə ilə çıxış edəcək. "Canavarlar" gənc futbolçu üçün Turin təmsilçisinə 26 milyon avro ödəyib və futbolçu müəyyən uğurlar qazanacağı təqdirdə Turin komandası daha dörd milyon avro qazanacaq.

Ötən mövsüm Soule "Frozinone"də icarə əsasında çıxış edib və İtaliya çempionatında 36 oyunda 11 dəfə fərqlənib. Əvvəllər İngiltərənin "Lester" və "Vest Hem"in də Soule ilə müqavilə bağlamaqda maraqlı olduğu barədə məlumatlar var idi, lakin futbolçu əvvəlcə "Roma"ya keçmək variantına üstünlük verib.







Transfer