- Transfer
- 23:27 04.10.2024
Malili yarımmüdafiəçi Məhəmməd Kamara “Monako”nu Qətərin “Əl-Sədd” klubuna dəyişib.
90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu Yaxın Şərqdən olan komanda ilə 5 illik uzunmüddətli müqavilə imzalayıb.
"Transfermarkt"ın məlumatına görə, yeni oyunçu "Əl-Sədd"ə 16,5 milyon avroya başa gəlib.
Kamara 2022-ci ilin yayında "Monako"da çıxış edirdi, sonra 15 milyon avroya Avstriyanın "Red Bull Salzburq" klubunda icarə əsasında top qovub.
Bir neçə ay əvvəl Fransa 1-ci Liqasının son turunda “Monako” “Nant”la qarşılaşıb, Kamara meydana çıxıb və köynəyinin üzərindəki göy qurşağı bayrağını lentlə örtüb.