23 oktyabr 2024. Çərşənbə

“Borussiya” braziliyalını keçidi ilə bağlı “Siti” ilə anlaşdı


  • Transfer
  • 22:37 30.07.2024
  • Oxunma sayı: 93
“Borussiya” braziliyalını keçidi ilə bağlı “Siti” ilə anlaşdı

"Mançester Siti"nin braziliyalı müdafiəçisi Yann Kouto karyerasını Dortmund "Borussiya"sında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O klubların 22 yaşlı futbolçunun transferi ilə bağlı şifahi razılığa gəldiyini və artıq tibbi müayinədən keçən futbolçunun "Borussiya"ya təxminən 30 milyon avroya başa gələcəyini qeyd edib.

"Mançester Siti" müdafiəçini 2020-ci ildə 6 milyon avroya alıb. Bununla belə, dörd il ərzində Kouto heç vaxt əsas komandada oynamayıb. Braziliyalı üç mövsümü icarə əsasında “Jirona”da keçirib və daha bir il Portuqaliya “Braqa”sında çıxış edib.







Transfer