3 iyul 2026. Cümə

Dovbik "Jirona"dan onu "Roma"ya buraxmasını istəyib


  • Transfer
  • 23:01 30.07.2024
  • Oxunma sayı: 206
Dovbik "Jirona"dan onu "Roma"ya buraxmasını istəyib

"Jirona"nın mərkəz hücumçusu Artyom Dovbik klub rəhbərliyinə müraciət edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 27 yaşlı futbolçunun "Jirona"dan onu İtaliya "Roma"sına buraxmasını istədiyini və karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirmədiyini qeyd edib.

“Roma”nın direktoru hazırda İspaniyadadaır və kataloniyalılarla danışıqlar aparır.

2023/24 mövsümündə Dovbik bütün yarışlarda 41 matçda meydana çıxıb, 25 qol vurub və on məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, forvardın dəyəri 35 milyon avrodur.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır