23 oktyabr 2024. Çərşənbə

 "Mançester Yunayted"i Yunanıstan klubuna dəyişdi


  • Transfer
  • 23:56 30.07.2024
  • Oxunma sayı: 116
 "Mançester Yunayted"i Yunanıstan klubuna dəyişdi

 "Mançester Yunayted"in hücumçusu Şola Şoreti karyerasını PAOK klubunda davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə Yunanıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Shoretire “Mançester Yunayted”in məhsuludur. Hücumçu ötən mövsüm klub üçün bütün yarışlarda, o cümlədən gənclər yarışlarında 12 oyun keçirib, doqquz qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.

PAOK ötən mövsüm 80 xalla Yunanıstan Superliqasının qalibi olub.

İngiltərə Premyer Liqasının son mövsümünün yekununda “qırmızı şeytanlar” 60 xal toplayaraq səkkizinci pillədə qərarlaşıb. Həmçinin Erik ten Haqın komandası bu turnirin finalında “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub edərək İngiltərə Kubokunun qalibi olub.







Transfer