- Transfer
- 23:53 19.07.2025
"Arsenal"ın yarımmüdafiəçisi Məhəmməd El-Nenni karyerasını BƏƏ çempionatında davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı misirli futbolçu "Əl-Cəzirə" klubu ilə müqavilə imzalayıb. Bu barədə Əmirlik komandasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, yarımmüdafiəçi 2016-cı ildən "topçular"da çıxış edir. Ümumilikdə El-Nenni London klubunda 161 oyun keçirib və 6 qol vurub. Misirli son illər "Arsenal"da demək olar ki, oynamayıb.
Xatırladaq ki, ötən mövsüm Mohamed El-Nenni “Arsenal”ın heyətində İngiltərə çempionatında cəmi 3 oyun keçirib. Misirli karyerası ərzində "Beşiktaş", "Bazel" və "Əl-Mokavloun"da da çıxış edib.