22 dekabr 2025. Bazar ertəsi

"Milan" "Roma"nın forvardını alır


  • Transfer
  • 14:27 31.07.2024
  • Oxunma sayı: 127
"Milan" "Roma"nın forvardını alır

İngiltərənin “Roma” klubunun hücumçusu Tammi Abraham "Milan"a keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "rossoner"lərin 26 yaşlı ingilis futbolçunun mümkün transferi ilə bağlı artıq “Roma”nın rəhbərləri ilə danışıqlar apardığını qeyd edib.

 Qeyd edək ki, Abrahamın “canavarlar”la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir və onun transfer dəyəri ekspertlər tərəfindən 30 milyon avro dəyərində qiymətləndirilir.

Xatırladaq ki, ötən mövsüm Tammi Abraham "Roma" klubunun tərkibində İtaliya çempionatında 8 oyun keçirib və bir qol vurub.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq