22 dekabr 2025. Bazar ertəsi

"Zenit"in müdafiəçisi "Beşiktaş"ın hədəfində


  • Transfer
  • 14:55 31.07.2024
  • Oxunma sayı: 149
"Zenit"in müdafiəçisi "Beşiktaş"ın hədəfində

"Zenit"in müdafiəçisi Robert Renan karyerasını "Beşiktaş"da davam etdirə bilər. 

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Ertan Suzgun "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O İstanbul klubunun braziliyalı futbolçunu transfer etmək istədiyini və artıq danışıqlar apardığı 20 yaşlı futbolçu üçün Sankt-Peterburq təmsilçisinin 15 milyon avroya buraxmağa hazır olduğunu lakin Türkiyə klubunun bu məbləği azaldıb hissə-hissə ödəmək istədiyini qeyd edib.

Renanın xidmətində "Beşiktaş"dan başqa, "Lens" və "İnter" də maraqlıdır.

Hazırda Renan öz ölkəsində “İnternasional” klubunda icarə əsasında çıxış edir. Xatırladaq ki, ekspertlər Renanın transfer dəyərini 9 milyon avro qiymətləndirir. Gənc müdafiəçinin Sankt-Peterburq klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq