3 iyul 2026. Cümə

"Brayton"un futbolçusu "Napoli"nin hədəfində


  • Transfer
  • 17:13 31.07.2024
  • Oxunma sayı: 191
"Brayton"un futbolçusu "Napoli"nin hədəfində

"Brayton"un yarımmüdafiəçisi Billi Qilmur karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın “The Guardian”a istinadən məlumatına görə, "Napoli" şotlandiyalı futbolçunun xidmətində maraqlıdır.

Neapol təmsilçisi futbolçunun transferi üçün təxminən on milyon avro ödəməyə hazırdır.

Billi Qilmur 2022-ci ilin yayında 8 milyon avroya "Çelsi"dən "Brayton"a keçib. Keçən mövsüm yarımmüdafiəçi "qağayılar"da bütün yarışlarda 41 oyuna çıxıb və iki məhsuldar ötürmə edib. Qilmurun transfer qiyməti on səkkiz milyon avro olaraq qiymətləndirilir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır