25 dekabr 2025. Cümə axşamı

"Mançester Yunayted" "Arsenal"ın hücumçusu ilə razılaşıb


  • Transfer
  • 21:09 31.07.2024
  • Oxunma sayı: 156
"Mançester Yunayted" "Arsenal"ın hücumçusu ilə razılaşıb

"Arsenal"ın hücumçusu Çido-Obi Martin İngiltərədə komandasını dəyişməyə hazırlaşır

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 16 yaşlı hücumçunun "Mançester Yunayted"ə keçəcəyini  və artıq tərəflər öz aralarında hər şeyi tam şəkildə həll etdiklərini və yaxın zamanda açıqlanacağını qeyd edib.

Bildirilir ki, danimarkalı futbolçu Almaniyadan gələn daha sərfəli təklifləri “Mançester Yunayted”in xeyrinə rədd edib.







Transfer