- Transfer
- 23:26 18.09.2024
"Lester Siti" və "Mançester Siti"nin sabiq futbolçu Keleçi İheanaço karyerasını "Sevilya"da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əndəlüs təmsilçsii 27 yaşlı hücumçu ilə daha bir il uzadılmaq şərti ilə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, ötən mövsüm “Lester Siti” İngiltərə çempionu olub və yüksəliş qazanıb. "Sevilya" La Liqanı 41 xalla 14-cü pillədə başa vurub.
Nigeriya millisinin üzvünün son klubu “Lester Siti” olub. Forvard klubda 232 oyun keçirib, 61 qol vurub və 34 məhsuldar ötürmə edib. Nigeriya millisinin heyətində Keleçi 55 oyuna çıxıb və 15 qol vurub.