23 oktyabr 2024. Çərşənbə

"Vilyarreal"ı "Atletiko Madrid"ə dəyişir


  • Transfer
  • 23:32 31.07.2024
  • Oxunma sayı: 110
"Vilyarreal"ı "Atletiko Madrid"ə dəyişir

"Vilyarreal"ın norveçli hücumçusu Alexander Sörlot İspaniyada komandasını dəyişməyə hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində "Atletiko Madrid" maraqlıdır. Madrid klubu norveçli forvardı almaq üçün "Vilyarreal" ilə danışıqlar aparır. Tərəflərin çox yaxın vaxtlarda əl sıxaraq keçidlə bağlı razılığa gələ biləcəkləri bildirilir.

Xatırladaq ki, ötən mövsüm Sörlot İspaniya çempionatında “Vilyarreal”ın heyətində 34 görüş keçirib, bu görüşdə 23 qol vurub və 6 məhsuldar ötürmə edib.







Transfer