23 oktyabr 2024. Çərşənbə

"Yuventus" "Atalanta"ya 45 milyon avro təklif etdi


  • Transfer
  • 00:24 01.08.2024
  • Oxunma sayı: 107
"Yuventus" "Atalanta"ya 45 milyon avro təklif etdi

"Atalanta"nın yarımmüdafiəçisi Ten Kopmeyners karyerasını "Yuventus"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Turin klubunun 26 yaşlı futbolçu üçün bonuslar daxil olmaqla, "Atalanta"ya 45 milyon avro məbləğində rəsmi təklif etdiyini qeyd eib.

 Keçən mövsüm Berqamasklarla birlikdə Ten UEFA Avropa Liqası Kubokunu qazanıb. Hollandiyalının "Atalanta" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

O "Atalanta" forması ilə 34 oyuna çıxıb, 12 dəqiq zərbə və beş məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer