23 oktyabr 2024. Çərşənbə

Milli komandada yeni baş məşqçi


  • Transfer
  • 13:25 01.08.2024
  • Oxunma sayı: 73
Milli komandada yeni baş məşqçi

İngiltərə yığmasının sabiq çalışdırıcısı Stiv Maklaren Yamayka millisinin yeni baş məşqçisi olub.

90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə,  məşhur ingilis mütəxəssis sözügedən mili komanda i ilə 2 illik müqavilə imzalayıb.

Beş ildir işsiz olan mütəxəssisin baş məşqçi kimi son iş yeri QPR klubu olub. Maklaren "Nyukasl", "Midlsbro", İngiltərə millisi və digər komandalarda da məşqçi kimi işləməyi bacarıb. Maklaren son bir neçə ildə “Mançester Yunayted”də köməkçi kimi çalışıb.

Yada salaq ki, Yamayka millisi 2024-cü il Amerika Kubokunda uğursuz çıxış edib. Yamaykalı futbolçular öz qruplarında sonuncu pillədə qərarlaşıb və bir xal da qazana bilməyiblər.







Transfer