9 iyul 2026. Cümə axşamı

"Brayton"un futbolçusu rəsmən “Borussiya”da


  • Transfer
  • 13:56 01.08.2024
  • Oxunma sayı: 253
"Brayton"un futbolçusu rəsmən “Borussiya”da

"Brayton"un və Almaniya millisinin yarımmüdafiəçisi Paskal Qrossun "Borussiya Dortmund"a keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı alman futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, alman futbolçu 2017-ci ildən "Brayton"da çıxış edir. Yarımmüdafiəçi əvvəllər vətənində “İnqolştadt”, “Karlsrue” və “Hoffenhaym” klublarında çıxış edib. Almaniya millisinin heyətində Qross səkkiz matçda iştirak edib və bir qol vurub.

Xatırladaq ki, ötən mövsüm Paskal Qross “Brayton”un heyətində İngiltərə çempionatında 36 oyun keçirib, bu oyunda dörd qol vurub və on məhsuldar ötürmə edib.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər