23 oktyabr 2024. Çərşənbə

Joau Feliks yenidən Premyer Liqada


  • Transfer
  • 14:44 01.08.2024
  • Oxunma sayı: 107
Joau Feliks yenidən Premyer Liqada

"Atletiko"nun hücumçusu Joau Feliks karyerasını yenidən İngiltərə davam etdirə bilər.

90deqiqe.Az-ın “Topskills Sports UK” nəşrinə istinadən məlumatına görə, "Aston Villa" artıq 24 yaşlı portuqaliyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, Feliks "Atletiko"da qalmayacaq. “Döşək ustaları” futbolçunun satışından ən azı 40 milyon avro qazanmaq istəyir.

Xatırladaq ki, João Feliks ötən mövsüm "Barselona"da icarə əsasında çıxış edib. İspaniya çempionatında kataloniyalıların heyətində 30 oyun keçirən forvard 7 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer