23 oktyabr 2024. Çərşənbə

"Çelsi" ilə yeni müqavilə imzalamaqdan imtina etdi


  • Transfer
  • 15:29 01.08.2024
  • Oxunma sayı: 76
"Çelsi" ilə yeni müqavilə imzalamaqdan imtina etdi

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Konor Qallager London klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, "mavilər"in rəhbərləri 24 yaşlı futbolçuya maaş artımı ilə iki illik yeni müqavilə təklif ediblər. ingilis futbolçu  London təmsilçisinin təklifini rədd edib. Yarımmüdafiəçinin tezliklə "Atletiko Madrid"ə keçəcəyini gözləyir.

Qeyd edək ki, Qallagerin “pensiyaçılar”la hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

Xatırladaq ki, Konor Qallager ötən mövsüm "Çelsi"nin heyətində İngiltərə çempionatında 37 oyun keçirib və bu oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.







Transfer