23 oktyabr 2024. Çərşənbə

Dani Olmo “Barselona”ya keçir?


  • Transfer
  • 15:45 01.08.2024
  • Oxunma sayı: 198
Dani Olmo “Barselona”ya keçir?

“Leypsiq”in futbolçusu Dani Olmo karyerasını “Barselona”da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Kataloniya təmsilçisinin ispan futbolçu ilə şəxsi şərtləri 2030-cu ilin iyununa qədər razılaşdırdığını qeyd edib.

"Barselona" Olmo üçün “Leypsiq”ə 55 milyon avro və əlavə bonusları əhatə edən yeni təklif göndərib.

Xatırladaq ki, “Olmo Avro 2024” turnirində üç qol və iki məhsuldar ötürmə ilə İspaniya millisinin çempion olmasında böyük pay sahibi olmuşdur. O, 2020-ci ildən bu yana “Leypsiq”in şərəfini qoruyur və Bundesliqada geridə qoyduğumuz mövsümü klubun heyətində çıxış etdiyi 21 liqa matçında 4 qol və 5 məhsuldar ötürmə ilə başa vurmuşdu.







Transfer