23 oktyabr 2024. Çərşənbə

 "Əl İttihad" De Bruynedən imtina etdi


  • Transfer
  • 17:43 01.08.2024
  • Oxunma sayı: 88
 "Əl İttihad" De Bruynedən imtina etdi

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne "Əl İttihad"a keçməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Səudiyyə klubunun belçikalı üçün yarışdan imtina etmək qərarına gəldiyini və buna səbəbin “Əl-İttihad”ın “Mançester Siti”nin tələblərini çox yüksək hesab etməsi, xüsusən də De Bruynenin müqaviləsinin bir ildən sonra bitəcəyini nəzərə alması olduğunu qeyd edib.

Bundan əvvəl 33 yaşlı futbolçu Səudiyyə Ərəbistanına köçmək ehtimalı olduğunu  və bu ölkədə yaxşı pul qazana biləcəyini bildirmişdi.

Belçikalı 2015-ci ilin avqust ayının sonundan “Mançester Siti”də çıxış edir. Nüfuzlu Transfermarkt portalı Kevin de Bruyneni 50 milyon avro qiymətləndirir.







Transfer