26 mart 2025. Çərşənbə

Millimizdə oynayan futbolçunun qardaşı Rusiya klubuna keçir?


  • Transfer
  • 19:37 01.08.2024
  • Oxunma sayı: 152
Millimizdə oynayan futbolçunun qardaşı Rusiya klubuna keçir?

"Benfika"nın türkiyəli yarımmüdafiəçisi Orkun Kökçü Rusiya çempionatında çıxış edə bilər.

90deqiqe.Az-ın “Sport Express”ə istinadən məlumatına görə, 23 yaşlı futbolçu "Zenit"in maraq dairəsindədir. Sankt-Peterburq təmsilçisi artıq futbolçunun transferi ilə bağlı Portuqaliya klubu ilə danışıqlar aparır. "Zenit" Türkiyə millisinin üzvü üçün 25 milyon avro ödəməyə hazırdır. 

Bildirilir ki, bu transfer reallaşa bilsə, Neva sahillərindən olan klub “Torino”nun yarımmüdafiəçisi İvan İliçi almayacaq.

Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 23 yaşlı Kökçünü 30 milyon avroya qiymətləndirib. Bu mövsüm yarımmüdafiəçi 43 oyun keçirib, bu oyunda 7 qol vurub və tərəfdaşlarına 11 məhsuldar ötürmə verib.







Transfer

Malen London klubuna keçə bilər
  • Transfer
  • 20:26 24.03.2025
Malen London klubuna keçə bilər