23 oktyabr 2024. Çərşənbə

Premyer Liqada klubunu dəyişir


  • Transfer
  • 19:51 01.08.2024
  • Oxunma sayı: 88
Premyer Liqada klubunu dəyişir

"Mançester Yunayted"in şotlandiyalı yarımmüdafiəçisi Skott MakTominay İngiltərədə qala bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Fulhem"in 27 yaşlı futbolçu üçün Mançester komandasına rəsmi təklif göndəridiyini və London komandasının yarımmüdafiəçi üçün 20 milyon funt-sterlinq ödəməyə hazır olduğunu qeyd edib. "Yunayted" şotlandiyalı yarımmüdafiəçi üçün təxminən 30 milyon funt sterlinq istədiyi üçün təklifin rədd ediləcəyi gözlənilir.

MakTominayın mankunianlılarla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Yarımmüdafiəçinin transfer dəyərini mütəxəssislər 32 milyon avro qiymətləndirirlər.







Transfer