23 oktyabr 2024. Çərşənbə

"Leipsiq" "Barselona"nın təklifini RƏDD ETDİ


  • Transfer
  • 20:09 01.08.2024
  • Oxunma sayı: 88
"Leipsiq" "Barselona"nın təklifini RƏDD ETDİ

"Leipsiq" "Barselona"nın hücumameyilli yarımmüdafiəçi Daniel Olmonun transferi ilə bağlı yeni təklifini qəbul etməyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Filip Hinze  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Bundesliqa təmsilçisinin Kataloniya klubunun yeni təklifini "qeyri-qənaətbəxş" hesab etdiyini və Olmo üçün ən azı 60 milyon avro qazanmaq istədiyini qeyd edib.

Ötən mövsüm Olmo klub və milli komandanın heyətində bütün yarışlarda 32 matçda iştirak edib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.







Transfer