3 iyul 2026. Cümə

Emreli "Dinamo"dan ayrıldı


  • Transfer
  • 20:14 01.08.2024
  • Oxunma sayı: 197
Emreli "Dinamo"dan ayrıldı

Azərbaycan milli komandasının üzvü Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan ayrılıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Futbolçu artıq azad agent statusu daşıyır.

 Emrelinin xidmətində Almaniyanın "Nürnberq" klubu maraqlıdır.

Qeyd edək ki, Mahir ötən mövsüm Zaqreb təmsilçisinin heyətində 24 matça çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu daha əvvəl Türkiyənin "Konyaspor" klubunda icarə əsasında top qovub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır