- Transfer
- 21:53 26.11.2024
"İnter"in yarımmüdafiəçisi Lusien Aqume karyerasını "Sevilya"da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O Əndəlüs təmsliçisinin ötən mövsümün ikinci yarısında komandada icarə əsasında çıxış etmiş 22 yaşlı futbolçunun birdəfəlik alınması ilə bağlı "İnter"lə razılığın əldə edildiyini və bu transferin 4 milyon avro, həmçinin gələcək satışlarının 50 faizini təşkil edəcəyini qeyd edib.
Ötən mövsüm Lüsien Aqume İspaniya çempionatında "Sevilya"nın heyətində 12 oyun keçirib və 3 sarı vərəqə alıb.