3 iyul 2026. Cümə

Almaniyalı hücumçu üçün 25 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 23:15 01.08.2024
  • Oxunma sayı: 203
Almaniyalı hücumçu üçün 25 milyon avro ödəməyə hazırdır

“Vest Hem” son Avropa çempionatında Almaniya yığmasının heyətində iki qol vuran hücumçu Niklas Füllkrugu heyətinə qatmaq istəyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O London klubunun "Borussiya"ya bonuslar da daxil olmaqla 25 milyon avro məbləğində rəsmi təklif etdiyini qeyd edib.

31 yaşlı Füllkrugun özü də "Vest Hem"ə keçmək istəyir.

Alman futbolçu  "çəkiclilər"lə  daha bir il uzatmaq imkanı ilə 3 mövsümlük müqavilə bağlaya bilər.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır