- Transfer
- 18:00 21.12.2025
İngiltərənin "Mançester Yunayted" klubunun sabiq yarımmüdafiəçi Luiş Nani karyerasını ölkəsində davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu "Estrela" klubu ilə müqavilə imzalayıb. Portuqaliyalı yarımmüdafiəçinin yeni klubu ilə müqaviləsi 1 illikdir.
Qeyd edək ki, Naninin son klubu Türkiyənin “Adana Dəmirspor” klubu olub. Bundan əvvəl portuqaliyalı həm də “Melburn Victory”, “Venesiya”, “Orlando”, “Latsio”, “Fənərbağça” və digər komandalarda çıxış etməyi bacarıb.
Xatırladaq ki, Luis Nani ötən mövsüm “Adana Dəmirspor”un heyətində Türkiyə liqasında 28 oyuna çıxıb, 4 qol vurub və iki məhsuldar ötürmə edib.