- Transfer
- 23:17 10.12.2024
"Milan"ın sabiq çalışdırıcısı, hazırda işsiz olan Stefano Pioli Fransanın "Renn" klubunun yeni baş məşqçisi ola bilər.
90deqiqe.Az-ın “Footmercato”ya istinadən məlumatına görə, Fransa klubunun rəhbərliyi yeni mövsüm başlamamış Xulien Stephaneni işdən çıxarmağı planlaşdırır. 57 yaşlı italiyalı Pioli komandanın yeni baş məşqçisi ola biləcəyi gözlənilir.
Qeyd edək ki, mətbuatda “Milan”ın keçmiş sükançısının “Əl-İttihad”a rəhbərlik edə biləcəyi ilə bağlı xəbərlər yayılsa da, italiyalı mütəxəssis Səudiyyə Ərəbistanı yığması ilə anlaşa bilməyib.
Xatırladaq ki, Stefano Pioli bu yay A Seriyasında çempionluq qazandığı Milan klubundan ayrılıb.