- Transfer
- 18:00 21.12.2025
"Arsenal"ın yarımmüdafiəçisi Emil Smit-Rou karyerasını "Fulhem"də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb. "Fulhem" ingilis futbolçunun transferi üçün "topçular"a bonuslarla birlikdə 40 milyon avro ödəyib.
Yeri gəlmişkən bu "Arsenal" tarixindəki ən bahalı satışdır
Ötən mövsüm Smit Rou Premyer Liqada "Arsenal"ın heyətində cəmi 19 oyunda iştirak edib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.