25 dekabr 2025. Cümə axşamı

“Atletiko” “Mançester Siti” ilə danışıq aparır


  • Transfer
  • 20:15 02.08.2024
  • Oxunma sayı: 147
“Atletiko” “Mançester Siti” ilə danışıq aparır

"Mançester Siti"nin hücumçusu Xulian Alvares karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Sezar Luis Merlo "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O  Madrid klubunun argentinalı forvardın transferi ilə bağlı danışıqlarda irəlilədiyini və “döşək ustaları” artıq futbolçunun ətrafı ilə bir neçə görüş keçiridiyini hazırda "Mançester Siti" ilə razılığa gəlməyə yaxın olduğunu qeyd edib. Razılıq əldə olunarsa, Xulian Alvares Madrid komandası ilə 5 il müddətinə müqavilə imzalayacaq.

Argentinalının transferi ilə şəxsən "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone maraqlanır.

Ötən mövsüm hücumçu "Mançester Siti"nin heyətində bütün turnirlərdə 54 oyuna çıxıb, on doqquz qol vurub və on üç məhsuldar ötürmə edib.







Transfer