23 oktyabr 2024. Çərşənbə

"Arsenal" "Marsel"in Nketiah üçün təklifini rədd edib


  • Transfer
  • 23:20 02.08.2024
  • Oxunma sayı: 86
"Arsenal" "Marsel"in Nketiah üçün təklifini rədd edib

"Arsenal"ın hücumçusu Eddi Nketiah karyerasını Fransada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Marsel"in futbolçunun transferi üçün 27 milyon avro təklif etsə də, "topçular" tərəfindən rədd edildiyini qeyd edib.

Qeyd olunur ki, “Marsel” artıq futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Eddi Nketiah keçən mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.







Transfer