9 iyul 2026. Cümə axşamı

Niko Uilyams PSJ-yə keçməkdən imtina edib


  • Transfer
  • 12:30 03.08.2024
  • Oxunma sayı: 194
Niko Uilyams PSJ-yə keçməkdən imtina edib

"Atletik Bilbao"nun və İspaniya millisinin gənc hücumçusu Niko Uilyams Fransanın PSJ klubuna keçməkdən imtina edib.

90deqiqe.Az-ın “ Sport.es”ə istinadən məlumatına görə, 22 yaşlı futbolçu Paris klubuna keçmək təklifini rədd edib.

PSJ nümayəndələri əmindirlər ki, Uilyams bu mövsümdənkənar klubunu dəyişməyəcək, baxmayaraq ki, "Barselona" hələ də İspaniya millisinin forvardının xidmətində çox maraqlıdır. Kataloniyalılar ispaniyalı futbolçunun transfer məbləği ilə bağlı "Atletik"in rəhbərləri ilə hələ razılaşa bilmir.

Xatırladaq ki, ötən mövsüm Niko Uilyams basklar komandasının heyətində İspaniya çempionatında 31 oyun keçirib. Forvard 5 qol vurub və 11 məhsuldar ötürmə edib.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər