23 oktyabr 2024. Çərşənbə

De Xea "Fiorentina"ya keçə bilər


  • Transfer
  • 12:35 03.08.2024
  • Oxunma sayı: 90
De Xea "Fiorentina"ya keçə bilər

Bir ildən artıqdır ki, komandasız qalan “Mançester Yunayted”in sabiq qapıçısı David de Xea karyerasını İtaliya çempionatında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 33 yaşlı qolkiperin “Fiorentina”nın maraq dairəsində olduğunu və ispan oyunçunun Florensiya komandası ilə 2026-cı ilə qədər mövsümə iki milyon yarım avro maaşla müqavilə istədiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl mətbuatda De Xeanın “Cenoa” ilə müqavilə imzalamaqdan imtina etməsi ilə bağlı xəbərlər yayılmışdı. İspaniyalı Səudiyyə klublarına keçmək variantlarını da nəzərdən keçirir.

Xatırladaq ki, 2022/2023 mövsümündə David de Xea “qırmızı şeytanlar”ın heyətində Premyer Liqada 38 oyun keçirib, bunun 18-də qapısını təmiz saxlaya bilib.







Transfer