23 oktyabr 2024. Çərşənbə

"Mançester Siti"ni İstanbul nəhənginə dəyişir


  • Transfer
  • 12:50 03.08.2024
  • Oxunma sayı: 106
"Mançester Siti"ni İstanbul nəhənginə dəyişir

İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kalvin Fillips karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az-ın “Goal"a istinadən məlumatına görə, 28 yaşlı futbolçunun xidmətində  "Qalatasaray" maraqlıdır. Türkiyə çempionu "Siti"nin yarımmüdafiəçisini ən qısa zamanda heyətinə qatmaq istəyir. Artıq tərəflər arasında danışıqlarda başlayıb.

İngilis futbolçunun özü də bu mövsüm Çempionlar Liqasında çıxış edəcək komandaya keçməyin əleyhinə deyil. 

Qeyd edək ki, bundan əvvəl mətbuatda yarımmüdafiəçinin xidmətində “Roma” və “RB Leypsiq”in də maraqlı olduğu haqda xəbərlər yayılmışdı.

Xatırladaq ki, ötən mövsüm Kalvin Fillips icarə əsasında “Vest Hem”də çıxış edib. "Çəkiclər"in tərkibində yarımmüdafiəçi Premyer Liqada səkkiz oyun keçirib.







Transfer