23 oktyabr 2024. Çərşənbə

"Vest Hem" "Borussiya"nın forvardı ilə tam razılaşıb


  • Transfer
  • 13:14 03.08.2024
  • Oxunma sayı: 84
"Vest Hem" "Borussiya"nın forvardı ilə tam razılaşıb

Dortmund "Borussiya"sının hücumçusu Niklas Füllkrug karyerasını İngiltərədə davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 31 yaşlı futbolçunun bundan sonra "Vest Hem"in uğurları üçün çalıaşcağını və transfer məbləği bütün bonuslar nəzərə alınmaqla ümumilikdə 30 milyon avro olacağını, Füllkrug ilə isə müqavilə 2027-ci ilə qədər davam edəcək və daha bir mövsüm uzadılacağını qeyd edib.

Xatırladaq ki, alman futbolçu ötən mövsüm Dortmund təmsilçisində 46 oyuna çıxıb, 16 qol vurub və on məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer