- Transfer
- 23:27 04.10.2024
"Barselona"nın yarımmüdafiəçisi Ferran Torres karyerasını "Çelsi"də davam etdirə bilər.
90deqiqe.Az-ın “Todofichajes ”ə istinadən məlumatına görə, "Çelsi" klubu 24 yaşlı vingerin xidmətində maraqlıdır. London klubu ispan futbolçu üçün artıq Kataloniya təmsilçisi ilə danışıqlara başlayıb.
Ferranın transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilir. Torres və Blauqrana arasında mövcud əmək müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
İspaniya çempionatının ötən mövsümündə yarımmüdafiəçi “Barselona”nın heyətində 29 matçda iştirak edib. Torres yeddi qol vurub və iki məhsuldar ötürmə edib.