23 oktyabr 2024. Çərşənbə

“Mançester Siti”ni “Borussiya"ya dəyişdi


  • Transfer
  • 14:19 03.08.2024
  • Oxunma sayı: 94
“Mançester Siti”ni “Borussiya"ya dəyişdi

“Mançester Siti”nin müdafiəçisi Yann Koutonun “Borussiya Dortmund”a keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu gələn ilin iyun ayının sonuna kimi icarəyə götürülüb. Müqaviləyə 25 milyon avroluq birdəfəlik almaq bəndi də daxildir.

Xatırladaq ki, Kouto ötən mövsüm Kataloniya “Jirona”sında icarə əsasında çıxış edib. Braziliyalı müdafiəçi İspaniya çempionatında 34 matçda iştirak edib və bu oyunda 1 qol vurub, 9 məhsuldar ötürmə edib. Almaniya Bundesliqasının sonuncu turunda "Borussiya" turnir cədvəlini 5-ci pillədə başa vurub.







Transfer