3 iyul 2026. Cümə

"Yuventus" "Çelsi"nin hücumçusunu transfer edə bilər


  • Transfer
  • 17:42 03.08.2024
  • Oxunma sayı: 219
"Yuventus" "Çelsi"nin hücumçusunu transfer edə bilər

"Çelsi"nin hücumçusu Armando Broya karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Gazetta Dello Sport"a istinadən məlumatına görə, "Yuventus" alban forvardı transfer etməkdə maraqlıdır. Turin klubu Broyanı Duşan Vlahoviçin əvəzləyicisi kimi görür. Albaniyalı "Yuventus"da ehtiyat və ya ikinci hücumçu kimi çıxış edəcək.

Ötən mövsümün ikinci yarısında Armando Broya "Fulhem"də icarə əsasında çıxış edib və burada səkkiz oyun keçirib və bir məhsuldar ötürmə edib. Forvardın "Çelsi" ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub və onun transfer dəyəri 22 milyon avro qiymətləndirilir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır