23 oktyabr 2024. Çərşənbə

"Arsenal" bu hücumçu üçün 100 milyon avro ödəməyə hazırdı


  • Transfer
  • 17:51 03.08.2024
  • Oxunma sayı: 113
 "Arsenal" bu hücumçu üçün 100 milyon avro ödəməyə hazırdı

"Napoli"nin mərkəz hücumçusu Viktor Osimhen karyerasını "Arsenal"da davam etdirə bilər.

 90deqiqe.Az-ın “ Ilario Radio"ya istinadən məlumatına görə, "topçular"ın rəhbərliyi A Seriyasının bombardiri üçün lazım olan 100 milyon avro təzminatı ödəməyə hazırdır. "Arsenal" Osimhen üçün mübarizədəki rəqibləri "Çelsi" və Fransa PSJ-sidir.

Nigeriyalının Neapolitan klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir. 2023/2024 mövsümündə Osimhen 32 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer