3 iyul 2026. Cümə

Serxi Roberto İtaliya klubuna keçə bilər


  • Transfer
  • 19:49 03.08.2024
  • Oxunma sayı: 198
Serxi Roberto İtaliya klubuna keçə bilər

"Barselona"nın sabiq müdafiəçisi Serxi Roberto karyerasını İtaliyada davam etdirə bilər.

 90deqiqe.Az-ın “Relevo"ya istinadən məlumatına görə, "Roma" ispaniyalı ilə müqavilə imzalamaqda maraqlıdır. Paytaxt klubu futbolçunun azad agent kimi heyətinə qatmaq niyyətindədir.

32 yaşlı futbolçunun transferində maraqlı olan digər klublar arasında "Komo" və "Ayaks" da var.

Mətbuatın yazdığına görə, müdafiəçinin ötən mövsüm "Barselona"da illik maaşı 2,4 milyon avro olub.

Xatırladaq ki, Serxi Robertonun “mavi qranatlar”la müqaviləsi başa çatıb. Kataloniya klubu futbolçuya yeni müqavilə təklif etməsə də, yenə də futbolçu ilə rəsmi şəkildə vidalaşmayıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır