23 oktyabr 2024. Çərşənbə

"Atletiko"da yeni hücumçu


  • Transfer
  • 20:17 03.08.2024
  • Oxunma sayı: 109
"Atletiko"da yeni hücumçu

 "Vilyarreal"ın hücumçusu Alexander Sörlotun "Atletiko Madrid"ə keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Madrid klubu norveçli  futbolçu 4 illik müqavilə imzalayıb.

28 yaşlı futbolçu 2023-cü ildən "Vilyarreal"da çıxış edir. Ötən mövsüm ispanların heyətində bütün turnirlərdə 41 oyun keçirən hücumçu 26 qol və 6 məhsuldar ötürmə ilə La Liqada mövsümün ikinci bombardiri olub. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.

 







Transfer