23 oktyabr 2024. Çərşənbə

"Tottenhem" Kyeza ilə maraqlanmır


  • Transfer
  • 21:43 03.08.2024
  • Oxunma sayı: 92
"Tottenhem" Kyeza ilə maraqlanmır

"Tottenhem" "Yuventus"un vingeri Federiko Kyezanın transferi ilə bağlı mübarizə aparmır.

90deqiqe.Az-ın “Football Insider”ə istinadən məlumatına görə, londonlular italyan forvardın transferini planlaşdırmır.

26 yaşlı oyunçunun xidmətində "Arsenal", "İnter", "Napoli", "Roma" və "Beşiktaş" klubları maraqlıdır.

Ötən mövsüm hücumçu bütün turnirlərdə 37 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Ümumilikdə Kyeza meydanda 2512 dəqiqə keçirib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.







Transfer