27 noyabr 2024. Çərşənbə

Xavi Simonsun yeni klubu bəlli oldu


  • Transfer
  • 17:40 04.08.2024
  • Oxunma sayı: 111
Xavi Simonsun yeni klubu bəlli oldu

PSJ-nin futbolçusu Xavi Simons yenidən Almaniya Bundesliqasında çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 21 yaşlı yarımmüdafiəçinin yenidən icarə əsasında "Leypsiq"də çıxış edəcəyini və oyunçunun gələn həftənin əvvəlində Bulls üçün tibbi müayinədən keçəcəyini qeyd edib.

Klublar arasında müqaviləyə satın alma variantı daxil edilməyəcək.

Xatırladaq ki, Xavi Simons ötən mövsüm Almaniya çempionatında “RB Leypsiq”in heyətində 32 oyun keçirib, bu oyunda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Simonu 80 milyon avro dəyərində qiymətləndirirlər.







Transfer