3 iyul 2026. Cümə

"Barselona" bu futbolçunu ancaq bu qiymətə sata bilər


  • Transfer
  • 17:54 04.08.2024
  • Oxunma sayı: 184
"Barselona" bu futbolçunu ancaq bu qiymətə sata bilər

"Barselona"nın müdafiəçisi Ronald Arauxo komandanı tərk edə bilər.

90deqiqe.Az-ın “Todofichajes ”ə istinadən məlumatına görə,  Kataloniya klubu uruqvaylı futbolçunu 50 milyon avrodan başlayan məbləğə satmağa hazırdır. "Barselona" maliyyə vəziyyətinə görə 25 yaşlı futbolçunu satmağa hazırdır.

Tərəflərin maaşla bağlı mövqeləri bir-birindən uzaq olduğundan futbolçu ilə müqavilənin uzadılması ilə bağlı razılaşmaq mümkün deyil. Hazırkı vəziyyətdə “mavi qranatlar” Ronaldla yollarını ayıra bilər.

Qeyd edək ki, Ronald Arauxonun "Barselona" ilə hazırkı müqaviləsi daha iki mövsüm - 2026-cı ilin ortalarına qədər qüvvədədir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır