- Transfer
- 23:54 22.11.2024
"Yuventus"un yeni sükançısı Tiaqo Motta bu transfer dönəmində artıq kadr təmizləməsi həyata keçirmək qərarına gəlib.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 41 yaşlı çalışdırıcının Federiko Kyesa ilə yanaşı, Voyçex Şesni, Ueston Makkenni, Mattia De Şiqlio, Nikolussi Kaviqlia və Daniele Ruqanini komandanın gələcək planlarında düşünmədiyini qeyd edib.
Xatırladaq ki, “Yuventus” ötən mövsüm İtaliya kubokunu qazanıb. Massimiliano Alleqri bu postu tərk etdikdən sonra Turin komandası məşqçisiz qalıb. Onu əvvəllər Bolonyaya rəhbərlik etmiş Tiaqo Motta əvəzləyib.