- Transfer
- 18:00 21.12.2025
“Mançester Yunayted”in yarımmüdafiəçisi Skott MakTominay “Qalatasaray"a keçməyə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O İstanbul klubunun 27 yaşlı futbolçunun transferinə görə 15 milyon avrodan artıq pul ödəyə bilmədiyi üçün danışıqları dayandırdığını qeyd edib.
Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Skott MakTominayı 32 milyon avro dəyərində qiymətləndirirlər. Yarımmüdafiəçi "Mançester Yunayted" akademiyasının yetirməsidir - o, hələ karyerasında başqa komandalarda çıxış etməyib.