- Transfer
- 23:54 22.11.2024
"Barselona"nın almaniyalı baş məşqçisi Hans-Diter Flik "Əl-İttihad"ın və Fransa millisinin müdafiəçi yarımmüdafiəçisi Nqolo Kantenin transferini əngəlləyib.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, "blauqrana"ya rəhbərlik edən alman mütəxəssis bu yay transfer pəncərəsində 33 yaşlı futbolçunun mümkün transferini əngəlləyib. Bu, Flikin yeni mövsümdə gənc futbolçulara güvənmək istəməsi ilə bağlı olduğu bildirilib.
Qeyd edək ki, "Barselona"nın idman direktoru Deko fransız futbolçunu transfer etməkdə israrlı idi.
Xatırladaq ki, ötən mövsüm Nqolo Kante “Əl-İttihad”ın heyətində Səudiyyə Ərəbistanı çempionatında 30 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.